Metro rəsmisindən pik vaxtdakı gecikməyə CAVAB: “Hər səhər üç stansiyada sıxlıq görəcəksiniz”

Bakı metrosunda qatar gecikib.
Avtosfer.az-ın məlumatına görə, bu gün səhər saat 8:08-də “Bakı Metropoliteni”nin “Azadlıq Prospekti” stansiyasında sərnişin sıxlığı yaranıb.
Sıxlığa səbəb qatarın stansiyaya yeddi dəqiqəyə çatması olub. Metropoliten işçiləri gecikmənin səbəbi ilə bağlı sərnişinlərin suallarını cavablandırmayıblar.
“Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, sentyabrın 15-də yeni qrafikə keçəndə elan olunub ki, sərnişin sıxlığını tənzimləmək üçün səhər pik saatlarda ehtiyat qatarların xəttə buraxılması imkanları çox məhdud olacaq:
“Bu səbəbdən metronun “Neftçilər” və “Memar Əcəmi” stansiyaları istiqamətlərindən qatarlar geri qaytarılır. Həmin vaxt ehtiyat qatarların xəttə verilməsi texniki cəhətdən mümkün deyil. Siz hər gün səhər saatlarında metronun “Nəsimi”, “Azadlıq” və “Dərnəgül” stansiyalarında olsanız, bu sıxlığı görəcəksiniz.
Sərnişin sıxlığı səhər pik saatlarda “Memar Əcəmi”, “20 Yanvar”, “İnşaatçılar” istiqamətində olduğu üçün qatar “Memar Əcəmi” stansiyasında geri qaytarılır. Günün bütün gur saatlarında qatarlar ciddi nəzarətdə saxlanılır. Amma bu o demək deyil ki, “Azadlıq Prospekti" stansiyasından “Həzi Aslanov” istiqamətinə hərəkətdə olan qatarlara nəzarət edilmir. Lakin günün pik saatlarında bu cür tənzimləmələr pandemiya dövründə də tətbiq edilirdi, indi də edilir. Effekt də var”.
“Metroda qatarlar öz qrafiki ilə hərəkət edir, hər hansı nasazlıq, texniki problem yoxdur”, - deyə mətbuat katibi qeyd edib.
oxu.az
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












