Metroya sərxoş halda daxil olmaq istədi - 150 manat cərimələndi
Gündəm
5 May 2023 14:49

Bakı Metropoliteninin “İçərişəhər” stansiyasına sərxoş halda daxil olmaq istəyən şəxs saxlanılıb.
Avtosfer.az xəbər verir ki, hadisə bir neçə gün əvvəl baş verib. Metronun girişində xidmət aparan polis əməkdaşları stansiyaya sərxoş halda daxil olmaq istəyən şəxsi saxlayaraq bu vəziyyətdə onu içəri buraxa bilməyəcəklərini bildiriblər. Bu zaman həmin vətəndaş polisin tələbinə qarşı çıxaraq eskalatora doğru hərəkət edib.
Həmin şəxs saxlanıldıqdan sonra Bakı Metropolitenində Polis İdarəsinə aparılıb. Xaçmaz sakini olması müəyyən edilən 41 yaşlı S.A. barəsində inzibati protokol tərtib edilib.
Saxlanılan şəxs barəsindəki protokola Səbail Rayon Məhkəməsində baxılıb. Məhkəmə onu 150 manat məbləğində cərimələyərək sərbəst buraxıb.
Oxunub : 1264
DİGƏR XƏBƏRLƏR
23 Noyabr 2026 11:30
Şəhərlərarası avtobuslarda standart, komfort və premium xidmətlər – Nə dəyişəcək? - EKSPERT
23 Noyabr 2026 10:36
“Hələ yazılacaq çox hekayəm var…” - Sonuncu dəfə bu paylaşımı edib
23 Noyabr 2026 08:47
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
22 Noyabr 2026 17:16
İlham Əliyev Livan Prezidenti Jozef Aunu təbrik edib
21 Noyabr 2026 22:11
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
21 Noyabr 2026 19:18
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
21 Noyabr 2026 19:00
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
21 Noyabr 2026 12:36
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
21 Noyabr 2026 09:24
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
20 Noyabr 2026 18:30
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
20 Noyabr 2026 14:41
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
20 Noyabr 2026 12:18
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
ŞƏRH YAZ











