“Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirildi

Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Padar kənd tam orta məktəbində yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Avtosfer.az xəbər verir ki, görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Anar Xəlilov, eləcə də digər iştirakçılar narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən danışıblar. Zərərli maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən görülən qabaqlayıcı tədbirlər barədə məlumatlar verilib, cinayət əməli ilə məşğul olan hər bir şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunduğu qeyd olunub.
Tədbir zamanı daxili işlər orqanlarında xidmət etmək həvəsində olan məktəblilərə Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumatlar da verilib, Polis Akademiyasının tarixi və daxili işlər orqanlarında xidmətin şərəfliliyi barədə də çıxışlar edilib.
Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY














