Nazir müavini: Taksilərlə bağlı problemlərin həlli üçün yeni qərar qəbul olunacaq

Ölkədə tıxac və digər nəqliyyat infrastrukturu üzrə problemlərin həlli üçün diaqnostika aparılıb. Bunun üçün beynəlxalq mütəxəssislər də dəvət edilib.
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
Nazir müavininin sözlərinə görə, artıq keçən ildən problemin həlli üçün addımlar atılmağa başlanılıb: “Biz nə qədər çox yol yaradırıqsa, ölkəyə daha çox avtomobil cəlb olunur”.
Rəhman Hümmətov bildirib ki, taksilərlə bağlı məsələyə dair yaxın günlərində yeni qərar qəbul olunacaq: “Əvvəllər aidiyyəti qurumlarla birlikdə hər hansı qərarın razılaşdırılmasına aylar sərf edirdiksə, indi Şurada keçirilən 4 iclasda çox mühüm qərarların qəbuluna nail ola bilmişik. Son iclaslarımızdan birində avtobus şəbəkəsinin təsdiq edilməsi ilə bağlı qərarımız olub. Velosiped və skuter yolları ilə bağlı da yeni qərarımız olub”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












