Nazirlər Kabineti qərara dəyişiklik etdi: Benzinin qiyməti necə olacaq? - Mühüm açıqlama

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri"ndə dəyişiklik edib. Dəyişikliyə əsasən, 2024-cü il 31 dekabr tarixinədək ölkəyə idxal edilən 95-dən az oktan ədədi ilə benzin üçün aksiz dərəcələri azaldılıb, 1 ton üçün 200 manatdan 1 manata endirilib.
Nazirlər Kabinetinin digər qərarı ilə 2024-cü il 31 dekabr tarixinədək ölkəyə idxal edilən benzin və qazoyllar, o cümlədən dizel yanacağı üçün 15 faiz gömrük rüsumu ləğv edilib. Bu Qərar 2024-cü il martın 1-dən qüvvəyə minir.
Bəs, ölkəyə idxal edilən benzin üçün aksiz dərəcələrinin azaldılması, gömrük rüsumunun ləğv edilməsi yanacağın qiymətini ucuzlaşdıra bilərmi?
Avtosfer.az xəbər verir ki, mövzuya münasibət bildirən iqtisadçı-ekspert Elşad Məmmədov Bakupost.az-a deyib ki, rüsumların ləğv edilməsi ilə yanacağın qiymətinin düşməsini gözləmək sadəlövhlük olar. Benzinin qiyməti düşməyəcək.
Ekspertin fikrincə, bu qərar qiymətlərin bundan sonra artmasının qarşısını almaq üçündür:
"Bizim hələ də kritik dərəcədə idxaldan asılılığımız ona şərait yadır ki, dünya bazarındakı qiymət artımı daxili bazara təzyiqlər göstərir. Hökümətin rüsumların ləğvi ilə bağlı qəbul etdiyi qərar məhz bu təzyiqlərin qarşısının alınmasına yönəlib".
İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, sözügedən bu rüsumlar ötən il də endirilib. Bu da Neft Emalı Zavodunun tam istismara verilməməsi ilə bağlıdır:
“Azərbaycan öz tələbatını ödəmək üçün benzin və mazutu xarici ölkələrdən idxal edir. Onların qiymətlərinin indiki səviyyədə saxlanılması üçün rüsumlar ləğv olunur. Bu baxımdan ötənilki təcrübə də nəzərə alınaraq deyə bilərəm ki, qiymət endirimi olmayacaq”.
O əlavə edib ki, benzin və dizelin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir:
“Ötən illlərdə dünya bazarında neft ucuzlaşsa da, benzinin qiyməti olduğu kimi saxlanıldı”.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA










