Neftçilər prospektində xətlənmə prosesi nə zaman baş tutacaq? - RƏSMİ CAVABLAR

Keçən ay ölkəmizdə keçirilən “Formula1” Qran-Prisi ilə bağlı olaraq paytaxtın mərkəzi prospekt və küçələrinin yarışmanın prinsiplərinə uyğunlaşdırılması prosesinin həyata keçirildiyi məlumdur.
Avtosfer.az xəbər verir ki, mövcud prosesdə yolların yarış avtomobillərinin hərəkətinə xidmət etməsi istiqamətində əksini tapan yol xətlərinin aradan qaldırılması oldu. Lakin yarışma bitdikdən sonra xətlənmə prosesinin hələ də əvvəlki vəziyyətə gətirilməməsi sürücülərin işini çətinləşdirir. Bu baxımdan Neftçilər prospektində yaranan çaşqınlıq bariz nümunədir. Yolun xətlənməməsinin avtomobillərin hərəkət istiqamətinə maneə yaratması paylaşdığımız şəkildə də özünü aydın formada göstərir. Təəssüf ki, zolağın bərpa olunmaması nəticəsində avtomobillərin düzgün şəkildə getməməsi, bir-birinin yoluna girməsi, aralarındakı məsafənin yaxın olması hallarını görmək mümkündür. Bu yoldan davamlı istifadə edən vətəndaşların şikayətinə əsasən, problemin nə zaman aradan qaldırılmasıyla bağlı aidiyyatı qurumlara müraciət etdik.
Mövzuyla bağlı ilk olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Anar Nəcəfliyə ünvanladıq. O, cavabında məsələnin AAYDA ilə əlaqədar olmadığını qeyd edərək, şikayətlə bağlı sualımızı Bakı Şəhər Halqasına bildirməyimizi vurğuladı.
Təbii ki, ikinci üz tutduğumuz qurum da elə “Formula 1”in təşkilatçılığını həyata keçirən Bakı Şəhər Halqası oldu. Lakin dəfələrlə əlaqə qurmağa çalışsaq da, nəticəsiz qaldı.
Son olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli ilə əlaqə saxladıq. Hər zaman operativ cavab verməsiylə seçilən məsul şəxs, mövcud problemin texniki-təchizat məsələsi olduğunu, bu istiqamətdə yol polisinin lazımi tədbirləri gördüyünü və görəcəyi bildirib.
Nərmin Əkbər
İlham Əliyev Özbəkistanda dövlət səfərindədir - VİDEO
Prezident İlham Əliyevin səfəri Özbəkistan mediasının diqqət mərkəzində - VİDEO
Daşkənddə İlham Əliyevin dövlət səfəri ilə bağlı qarşılanma bannerləri yerləşdirilib - VİDEO
Daşkənd hava limanında Prezident İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri aparılır - VİDEO - YENİLƏNİB
İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO










