Nəqliyyat xərclərinin artması Azərbaycan bazarına təsir edəcəkmi? - VİDEO

Çindən Aralıq dənizinə konteyner göndərilməsinin dəyəri 44 faiz artıb. Bu artım isə Şərq ölkələrindən Avropaya gələn məhsulların bahalaşmasında özünü göstərir.
Azərbaycan da eyni zamanda Çin və digər şərq ölkələrindən məhsullar idxal edir. Təkcə Çinin Azərbaycanla ticarət dövriyyəsi bir milyard dollardan çoxdur. Xüsusilə bu ölkədən avtomobil, mebel, toxuculuq və plastik mallar daha çox idxal edilir. Nəqliyyat xərclərinin artması Avropada olduğu kimi Azərbaycan bazarına da təsir edə bilərmi?
İqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, tranzit marşrutları artıq dəyişib:
“Azərbaycan burada əsas marşrutların üzərində yerləşir. Bu isə Azərbaycanın tranzit ölkə olaraq iqtisadi baxımdan strateji əhəmiyyətini birmənalı olaraq artıracaq”.
Qeyd edək ki, yeni Şimal-Cənub dəhlizi Azərbaycandan keçməklə yüklərin çatdırılma müddətini bir ay azaldır.
Ətraflı süjetdə:
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO












