Oruc tutanlara TÖVSİYƏ OLUNAN sağlam rasion

“Bəzi insanlar yalnız düşbərə, əriştə kimi ağır yeməkləri qəbul etməklə doyacaqlarını zənn etsələr də, belə qidaların ac qalmış orqanizmə necə ziyan vuracağını anlamaq istəmirlər”.
Bu fikirləri Ramazan ayı boyunca qidalanma zamanı diqqət yetirilməli məqamlar haqda danışam dietoloq Dürrə İsmayılova Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ramazan ayında oruc tutan şəxslər bunu səhhətlərinə zərər vurmadan yerinə yetirməlidir: “Səhər imsaka ən azı bir saat öncədən durmaq, əvvəlcə ilıq su qəbul etmək, daha sonra yeməyə başlamaq lazımdır. Səhər yeməyində maksimum yüngül qidalar tövsiyə olunur. Yumurta, kəsmik, qaymaq ağır tipli qidalar sayılmadığına görə onlardan istifadə məqsədəuyğun hesab oluna bilər.
İftarı açan zaman isə yenə də əvvəlcə mütləq su içilməlidir. Suyun tərkibinə nanə, reyhan, darçın kimi ədviyyatlar əlavə etmək olar. İftarı açdıqdan sonra bir saat ərzində çox ağır yeməklərə üstünlük verilməməlidir. Yeməklərlə yanaşı, meyvə və tərəvəzlərin qəbuluna da fikir vermək gərəkdir.
Bəzi insanlar yalnız düşbərə, əriştə kimi yeməkləri qəbul etməklə doyacaqlarını zənn etsələr də, belə qidaların ac qalmış orqanizmə necə ziyan vuracağını anlamaq istəmirlər. Yeməkdən sonra mütləq bir saat piyada gəzməyə vərdiş etməlidirlər. Ümumiyyətlə, sağlam şəkildə oruc tutmaq vacib şərtdir”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












