Parklanma ilə bağlı bu vətəndaşlara güzəştlər ediləcək? – AYNA AÇIQLADI

Son zamanlar parkinq qiymətləri ilə bağlı narazılıqlar durmadan artır. Paytaxt sakinləri ilə yanaşı, öz şəxsi avtomobillərini iş yerlərinin qarşısında park edən işçilər də qiymətlərin son dərəcədə yüksək olmasından şikayətlənir. Belə ki, şəxsi avtomobilini çalışdığı yerdə 7-8 saatlıq park edən vətəndaşlar ən azı 5-6 manat civarında pul ödəməli olur.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Yenicag.az-a bildirdi ki, qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı iş yerlərinə münasibətdə və digər hallarda imtiyazlar nəzərdə tutulmayıb.

“Parklanma yerinin idarə edilməsi ilə bağlı qəbul edilən yeni qaydalar həm tariflərin özünü, həm şəhərin tarif zonalarını müəyyən edir.
Parklanma yerlərinin yeni qaydalar əsasında idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir. Təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda qeydiyyatı olan sakinlər fərdi parklanma talonu alaraq avtomobillərini onlar üçün ayrılan yerdə ödənişsiz saxlaya bilərlər. Eyni zamanda bu imkanlardan yararlanmaq üçün xarici vətəndaşlar da müvəqqəti qeydiyyat ünvanı üzrə müraciət etmək hüququna malikdirlər. Qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı iş yerlərinə münasibətdə və digər hallarda isə imtiyazlar nəzərdə tutulmayıb”, – deyə o bildirib.
Mövzu ilə əlaqədar nəqliyyat məsələləri üzrə ekspert Fərhad Eyyubov bildirdi ki, parklanma qiymətləri şəhərin mərkəzinə daha az nəqliyyat vasitəsinin daxil olması üçün qaldırılır:

“Parkinq məsələsində çoxlu çatışmayan cəhətlər var. Parkinq qiymətlərinin nəyə əsaslandırıb, hansı tarif dərəcəsinə uyğunlaşdırıldığı məlum deyil. Qiymətləri xarici ölkələrin nümunələrinə uyğun olaraq götürsələr də, Lakin həmin qiymətlər xarici ölkələrin xidməti səviyyəsində deyil. Parkinq məsələləri çox geniş bir mövzudur. Ümumiyyətlə, şəhərlərdə parklanma sistemi, xismətləri, yerləri, geniş diapozonda həll edilməlidir. Son zamanlar əhali arasında narazılıqlar da artıb. Müəyyən yolların, küçələrin hərəkət hissəsini parklanma üçün ayırıblar. Yolların əksəriyyəti hərəkət üçün nəzərdə tutulub. Yollarda parklanma üçün xüsusi yerlər-meydançalar olmalıdır. Yolların hərəkət hissəsinin çoxunun tutulmasına görə, bəzi ara yollardan ümumiyyətlə istifadə etmək mümkün olmur. Qiymətlər də həddindən artıq bahadır. Əlbəttə, hər bir iş yerinə yetiriləndə, müəyyən narazılıqlar, təkliflər, həmin məsələləri araşdıran müəyyən ekspertlərin rəyləri nəzərə alınaraq korreksiyalar olunmalıdır. Parklanma probleminin həll olunmasına görə çox işlər görülməlidir. Dinamiki formada, sxem üzərində hər bir məsələni həll etmək çox rahatdır. Lakin intensivliyi, sıxlığı tıxacı nəzərə alaraq, həmin parklanma məsələləri həll edilməldir. Düzdür, onları birdən-birə həll etmək mümkün olmasa da, tədricən həyata keçirilməlidir. Yolların düzgün pasportlaşması yerinə yetirildikdən sonra, bu məsələlərə dəqiq baxmaq mümkündür. Bakının bəzi küçələrində parklanma qiymətləri kifayət qədər bahadır. Həmin küçələrdə avtomobillərin girişini məhdudlaşdırmaq üçün həmin parklanma qiymətləri də yüksək qoyulur. Parklanma qiymətləri maya dəyərinə əsasən müəyyən olunmalıdır”.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










