Paytaxtda velosiped və skuterlər üçün zolaq çəkilərkən avtobus dayanacağı niyə nəzərə alınmayıb? - VİDEO

Dayanacağın qarşısında salınan velosiped zolağı sərnişinlər üçün təhlükə yaradır. Bura, paytaxtın Səbail rayonu Azərbaycan prospektidir. Sonradan salınan velosiped zolağına görə, həmin ərazidən keçən bütün xəttlər üzrə avtobuslar yolun hərəkət hissəsində dayanır.
Bu da avtobusa minmək istəyən sərnişinlərin işini çətinləşdirir.
Avtobusu yolun hərəkət hissəsində saxlamağa məcbur olan sürücülər isə demək olar hər gün qəza şəraiti ilə üzləşirlər. Onlar da yaranmış bu vəziyyətdən narahatdırlar.
Qeyd edək ki, avtobuslar yolun bir zolağını məcburən zəbt etdikləri üçün günün pik saatlarında ərazidə tıxac da yaranır. Bəzən yaxınlıqdakı parkinqə daxil olmaq istəyən avtomobillər də vəziyyəti daha da qəlizləşdirir. Bu halda isə avtobuslar hətta 3-cü zolaqda dayanmaq məcburiyyətində qalırlar. Məsələdən Yerüstü Nəqliyyat Agentliyi də xəbərdardır.
Problem həll olana qədər həmin dayanacaqda avtobusa minən və yaxud da enən sərnişinlərin diqqətli olmaları tövsiyyə edilib.
Daha ətraflı videomaterialda.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












