Prospektin bu hissəsində piyada nişanı var, amma zolaq yoxdur.. - VİDEO

Gəncə prospektinin “Xətai Park” yaşayış kompleksindən keçən hissəsində piyadaların təhlükəsiz hərəkət etməsi üçün zolaq yoxdur.
Mövcud olan problemlə bağlı izləyici Avtosfer.az-a məlumat verərək videomaterial göndərib.
Görüntüdən aydın olduğu kimi, nəqliyyat vasitələrinin sıx olduğu yolda piyada keçidi xəbərdarlıq nişanı qoyulsa da, zolaq çəkilməyib. Nəticədə yolu keçmək istəyən piyadalar çətinlik yaşayır və qəza riski ilə üzləşir. Həmçinin zolağın olmaması sürücüləri də ciddi şəkildə təhlükəyə atır.
Belə ki, yoldan istifadə edən sürücülər bəzən qoyulan nişanlara fikir vermədən hərəkət edirlər. Bu da piyadavurma hallarının baş verməsinə gətirib çıxara bilər.
Saytımız tərəfindən işıqlandırılan problemin tez zamanda aidiyyəti qurum tərəfindən aradan qaldırılacağına ümid edirik.
Nərmin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












