Pullu yolda 50 qəpik artıq ödəniş edənlərə ÇIXIŞ YOLU – Agentlik AÇIQLADI

Ənənəvi yola alternativ olaraq yaradılmış ödənişli Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun yeni hissəsi üçün xüsusi tariflər müəyyən olunub. Bu yolda bir avtomobil üçün 9 manat 50 qəpik, yük maşınları və avtobuslar üçün isə ayrıca məbləğ nəzərdə tutulub.
Sosial şəbəkələrdə yayılan bəzi videolarda sürücülər həmin yoldan istifadə edərkən onlardan 9 manat 50 qəpik əvəzinə 10 manat tələb edildiyini idda edir. Sürücülərə səbəb kimi "MilliÖn" aparatlarına qəpik yükləməyin mümkün olmaması göstərilir. Bu da yoldan istifadə edənlərin narazılığına səbəb olur.
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, həmin yolda ödənişlər bank kartları vasitəsi ilə qəbul edilir: “Hansısa sürücünün bank kartı olmadığı halda onu "MilliÖn" aparatlarına yönləndirirlər ki, oradan ödəniş etsin. O aparatlar qəpik qəbul edib qaytarmırsa buna görə cavabdeh biz deyilik. Amma onu da deyim ki, bu kimi hallar yaşanmaması üçün xüsusi çipli kartlar buraxılacaq. Nəticədə karta sahib olanların öz balansı olacaq və həmin balansla ödəniş edəcəklər. Bununla da sürücü və əməkdaşların təması minimuma endiriləcək”.
Məhəbbət Tərlanoğlu
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












