Pulunuzu başqasına VERMƏMƏK ÜÇÜN: Bunları edin

Kiberdələduzluq nəticəsində 13000-ə yaxın vətəndaşın oğurlanmış kart məlumatları aşkarlanıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) tərəfindən istifadəçilərə qarşı elektron təhlükələrin qarşısının alınması və baş vermiş kiberhücumların araşdırılması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Qurum baş vermiş kiberhücumların mənbələrinin müəyyən edilməsi istiqamətində yerli və xarici şirkətlərlə əməkdaşlıq edir. ETX Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının da üzv olduğu yerli kibertəhlükəsizlik startapı olan “Cypho” ilə birlikdə sosial şəbəkələrdə ölkənin nüfuzlu banklarının və maliyyə təşkilatlarının adından vətəndaşlara saxta lotereya, uduş vədləri verərək onların bank və şəxsi məlumatlarının ələ keçirilməsi ilə nəticələnən kiberdələduzluq hallarını araşdırıb. Araşdırma nəticəsində son iki ay ərzində kiberdələduzlar tərəfindən ələ keçirilən 13000-ə yaxın vətəndaşa məxsus müxtəlif bankların kart məlumatlarının bazası aşkar edilib. Əldə olunmuş məlumatlar zərərçəkmiş vətəndaşların məlumatlandırılması məqsədilə aidiyyəti üzrə təqdim olunacaq.
Maraqlıdır, görəsən, kiperdələduzluğun qarşısını necə almaq olar?
Sözügedən məsələ ilə bağlı İT mütəxəssisi Elvin Abbasov bildirib ki, kiperdələduzluq halları daha öncə də baş verib:
“Vətəndaşlara qarşı edilən kiberdələduzluq hüçumları tez -tez baş verir. Vətəndaşlar gərək diqqətli olsunlar. Kiberdələduzlar daha çox vətəndaşlara cəlbedici təkliflər irəli sürərək onların etibarından sui- istifadə edərək aldadırlar. Daha çox bank məlumatlarını ələ keçirtmək istəyirlər”.
O təklif edib ki, vətəndaşlar öz şəxsi məlumatlarını, bank hesabları daxil etmədən öncə həmin saytda araşdırma etsinlər:
“Tam əmin olduqdan sonra şəxsi məlumatları daxil edə bilərlər. Lakin yenə burada çox diqqətli olmaq lazımdır.
Dövlət nə qədər təhlükəsizliyi təmin etməyə çalışsa da, əsas ağırlıq vətəndaşın üzərindədir”. (“Cebhe.info”)
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA










