Qadın və kişi sürücü arasında dava - Yasamalda

Bakının Yasamal rayonunda sərnişin avtobusunun sürücüsü səhər saatlarında qalmaqal yaradıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, 77 saylı xətt üzrə hərəkət edən "Otoyol" markalı, 10 TC 854 nömrə nişanlı avtobusun sürücü qəza şəraiti yaradıb. Hadisə Şərifzadə prospektində baş verib. Avtobus sürücüsü dayanacaqdan çıxarkən arxadan gələn xanım sürücü ilə mübahisəyə başlayıb. Mübahisə getdikcə qızışıb və davaya çevrilib. Xanım sürücü də öz növbəsində avtobus sürücüsü ilə dalaşıb. Avtobus sürücüsü xanım sürücünü təhqir etməyə başlayıb. Qadının atasını söyüb.
Məsələ ilə əlaqədar 77 saylı avtobusun nəzarətində olan "4-cü blok" MMC ilə əlaqə yaratdıq. Şirkətin direktoru Malik Orucovun anspress-ə verdiyi məlumata görə, hadisə barədə məlumatı var. Hazırda baş verən hadisə araşdırılır və əgər avtobus sürücüsünün günahı sübuta yetirilərsə, o cəzalanacaq. "Xanım sürücü ilə də danışıq aparılacaq. Avtobus sürücüsü yaşlı kişidir. İndi məsələni araşdıracağıq, günahı varsa, onu işdən kənarlaşdıracağıq", - deyə Malik Orucov bildirib.
Kreml Çinə hansı siyasi mesajı göndərir? – POLİTOLOQ
"Jurnalistika və İnkişaf Mərkəzi" layihə ilə bağlı tədbir təşkil etdi - FOTOLAR
Bəzi yollarda tıxac yarandı - SİYAHI
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI










