Qəzada şagirdini xilas edib özü Kürdə batanın cəsədi 5 ay sonra tapıldı

Ötən ilin dekabr ayının 7-də səhər dərs dediyi məktəbə gedərkən Kür çayının Sabirabaddan keçən hissəsində körpüdən suya düşüb batmaqda olan maşından 9 yaşlı məktəbli Güldəstə Hüseynovanı xilas etsə də özü sulara qərq olmuş 57 yaşlı müəllim Əhliman Hüseynovun cəsədi bu gün tapılıb. Cəsəd müəllimin batdığı yerdən 3 km aralıda - Sabirabad rayonunun Məmişlər kəndində çayda balıq tutan kənd sakinləri tərəfindən aşkarlanıb. Cəsəd balıqçıların qarmağına ilişib. Yaxınları onu paltarlarından tanıyıb.
Xatırladaq ki, bir çox media orqanlarında Ə.Hüseynovun cəsədinin axtarışlarının dayandırıldığı barədə məlumatlar yer alsa da onlar həqiqəti əks etdirmir. FHN-in müvafiq qurumları və yerli sakinlərin axtarışları bu 5 ayda bir gün olsun belə dayanmayıb.
Onu da qeyd edək ki, Cavad kənd sakini olan mərhum əmək təlimi müəlliminin mənzil şəraitinin çətin olduğunu öyrənən kimi Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə Hüseynovlar ailəsi üçün yeni ev tikilib.
virtualaz.org
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA












