Qubalı pəhləvanrlar avtomobillərlə inanılmaz şou göstərdilər – VİDEO

Qubalı pəhləvan qardaşlar Dünya Rekordlar Kitabına öz adlarını yazdırıblar. Bu haqda pəhləvanların media sözçüsü Mənsur Xaspoladov məlumat verib. Onun dediyinə görə, Qubalı pəhləvanlar Hüseyn Pəhləvanoğlu və Laçın Pəhləvanoğlu Ukraynada göstərdikləri inanılmaz nömrələrlə Dünya Rekordlar Kitabına öz adlarını yazdırıblar. "Kitaba hər qardaşın adına 4 nömrə yazılıb və bu da yetərincə möhtəşəm uğurdur. Hüseyn boğazının üstünə kəsici alət sayılan beli qoyaraq üstünə 67 kq çəkidə olan adam mindirib. Bundan başqa, boğaz boşluğuna qarmaq keçirərək, 33 kq yükü qaldırıb. Həmin vaxt Hüseynin hər əlində 24 kq yük olub. Bundan başqa, boğaz boşluğuna qarmaq keçirərək, 1 tonluq maşını 10 metr dartıb. Eyni zamanda 3 ton 400 kq olan avtomobil heç bir qoruyucu olmadan Hüseynin ayaqları üstündən keçib.
Laçın isə göz qapağı ilə 33 kq və hər əlində 16 kq olan yükü qaldırıb. Bundan başqa, 1 ton 600 kq avtomobili 10 metr dartıb. Həmçinin, kəsici-deşici alət olan nizəni boğaz boşluğuna qoyaraq 1 tonluq maşını itələyərək, işlək vəziyyətə gətirib. Heç bir qoruyucu olmadan qolunun üzərindən 2 tonluq maşın keçirdib». Pəhlivanların tryukları Ukrayna TV-lərində də göstərilib.
Elmin
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI
Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR











