Ramiz Mehdiyev sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb.
“Qaynarinfo” xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Muradov iş üzrə hakim təyin edilib.
529.3-cü maddə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud İnzibati Xətalar Məcəlləsinin 353.2-ci (İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi) maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən üç ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi ilə bağlıdır.
Bu maddədə inzibati xəta növü kimi nəqliyyat vasitəsini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulur.
Qanunvericiliyə görə, barəsində 529.3-cü maddə ilə protokol tərtib edilən şəxs bu barədə məlumatlandırılır. Daha sonra iş baxılması üçün məhkəməyə göndərilir.
Ramiz Mehdiyevin ittiham olunduğu maddədən aydın olur ki, o, bundan əvvəl törətdiyi inzibati xətaya görə ona kəsilən cəriməni ödəməyib.
Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Adminstrasiyasının rəhbəri, 2019-2022-ci illərdə isə AMEA-nın prezidenti olub.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












