“Ruhumuzun səsi” adlı konsert proqramı keçirilib - FOTOLAR

Mayın 2-də Beynəlxalq Muğam Mərkəzində “Ruhumuzun səsi” adlı konsert proqramı təqdim olundu. Musiqili gecə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində Humanitar Kollecin təşkilatçılığı ilə keçirildi.
Avtosfer.az xəbər verir ki, konsertdə tanınmış simalar, sənətkarlar və təhsil işçiləri də iştirak edirdi.
ADMİU nəzdində Humanitar Kollecin direktoru, musiqişünas Nərmin Qaralova bildirdi ki, sözügedən təhsil müəssisəsinin yaradıcı heyəti hər zaman tematik konsert proqramları ilə izləyicilərin görüşünə gəlib.
“Bu dəfə isə tamam fərqli bir musiqili gecənin şahidi olacağıq. Çünki həmişəki tədris proqramından bir qədər kənara çıxmışıq. Çalışmışıq ki, klassik, ənənəvi və milli musiqini sintez edərək ifaçılarımızın ruhlarının dərinliklərindən gələn səsi dinləyiciyə çatdıraq. Təbii, əsas məqsədimiz isə bura gələn hər kəsin qəlbinin musiqisini ifa etməklə zala toplaşanlara daxili bir hüzur bəxş edə bilməkdi. Qoy, bu gecə ifa edilən nəğmələr bizi dünəndə qalanlardan, gündəlik qayğılardan, rəqəmsal dünyadan bir saatlıq da olsa uzaqlaşdırıb, mənən təmizləsin və öz-özümüzlə baş-başa qalmağımıza yardımçı olsun. Bir sözlə, bu axşam ruhumuzun səsini birlikdə dinləyək.”
Tədbirdə kollecin müəllim və tələbələrinin ifasında "Bu dünya", "Mən sənin yanına qışda gələrdim", "Məhəbbət", "Etməzmidim", "Sən uzaq yaşıl ada", "İncə bellim", "Məhəbbət", "Bura Vətəndir", "You are the reason", "Almost is never enough", "Flamenco" və s. kimi Azərbaycan və xarici bəstəkarların seçilmiş əsərləri, ənənəvi musiqi səsləndirildi. Musiqiçilər tamaşaçılara müxtəlif musiqi alətlərinin qarışığından ibarət mükəmməl improvizələr təqdim etdilər.
Layihə çərçivəsində həm də ADMİU nəzdində Humanitar Kollecin "Dekorativ - tətbiqi incəsənət" və "Təsviri sənət" fakültəsinin tələblərinin yaradıcı işlərindən ibarət sərgi nümayiş olundu.
Qeyd edək ki, Humanitar Kollec 86 ildir fəaliyyət göstərir və ölkəmizə ziyalılar, sənət dünyasına tanınmış simalar - Respublikanın əməkdar və xalq artistlərini - bəxş edib.
Avtomobil sahiblərinə pis xəbər: Yağ qıtlığı yarana bilər – ARAŞDIRMA
Həftəsonu Bakıda iki küçə təmirə bağlanacaq - Sürücülərin DİQQƏTİNƏ
“Prioritet” daha sürətlidir? “Çatdırılma” necə işləyir? - Bilməli olduğunuz məqamlar
Cinayət Məcəlləsinə yeni maddələr əlavə edilib - DTX araşdıracaq
Bakı və Abşeron sakinlərinə ŞAD XƏBƏR: 40 dayanacaq olacaq - VİDEO
Yollarda təmir işləri niyə gecikir? – RƏSMİ AÇIQLAMA
Süni intellekt əmək bazarında rəqabətliliyə necə təsir edir? – Ekspert AÇIQLADI
Bu küçədə yaşıllıq görməni məhdudlaşdırır - Sürücülər qəza riski ilə üzləşir - VİDEO
Süni intellektlə hazırlanan materialların paylaşılmasına nəzarət gücləndirilir – YENİ QANUN
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
“BlackBerry”nin avtomobillər üçün yeni texnologiyası GÜNDƏM OLDU - FOTO


















