Rza Talıbov Röyaya 8 milyonluq mülk bağışlayıb - VİDEO

Əməkdar artist Röya Ayxan Naxçıvanda konsert verib, bundan əvvəl isə Bakıda ona 8 milyon manat dəyəri olan ağ saray bağışlanıb.
Avtosfer.az “Yeni Müsavat”a istinadla xəbər verir ki, Bakı-Buzovna yolunda, Zaqulba prospektində yerləşən ağ saray 20 sot torpaqda inşa olunub. İçində 3 yataq otağı olan ağ sarayın həyətində 180 ton su tutumu olan hovuzu və qulluqçular üçün ayrıca ev də var.
"Şağan City" elit yaşayış kompleksinin yaxınlığında yerləşən ağ saraya Röya Ayxana Vasif Talıbovun oğlu Rza Talıbovun inşa etdirib bağışladığı da bildirilir.
Röya Ayxan Naxçıvanda 2019-cu ilin avqustunda konsert verib. Bu konsertin təşəbbüskarının da Rza Talıbovun olduğu bildirilir. O zaman Röya Ayxanın Naxçıvandakı konserti haqda “Yeni Sabah” xəbər yaymışdı. Sayt yazırdı ki, konsert Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun ailə biznesinə daxil olan “Saat Meydanı” turistik istirahət mərkəzində keçirilib.
Sayt xüsüsi olaraq qeyd edirdi ki, Röya Ayxan vaxtilə Vasif Talıbovun oğlu Rza Talıbovun sevgilisi olub.
Rza Talıbovun müğənniyə bağışladığı iddia olunan ağ sarayla bağlı müzakirələr efirlərdə (//www.youtube.com/watch?v=7Aa-491JPXM ) də müzakirə olunub.
“Həmin Zaur” verlişində aparılan müzakirədə bir villa fotosu sərgilənib. Verlişdə qonaq olan şairə Nazilə Səfərli Röya Ayxanın Buzovnada tikilən bağ evindən danışıb. Verlişdə Nazilə Səfərli bu sözləri deyib: “Adamın evini göstərməklə nə olur ki... Mən Röya Ayxanın darvazasını çəkmişdim. Maşallah, mənim evim də balaca deyil. Gözüm yoxdur ki, xalqın evini görməmiş kimi çəkim. Mənim evim Novxanıdadır. Mərtəbəmiz eynidir, mənim evimə nə olub... Mən onu paparazzi kimi çəkməmişəm. Həyətdə iki ev var idi, biri yəqin ki, gözətçilər üçündür”.
Hazırda Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri olan Rza Talıbov Vasif Talıbovun iki oğlundan biridir. 40 yaşlı Rza Talıbovun vikipediyakı məlumatlarında Naxçıvanda rus məktəbini bitirdiyi xüsusi vurğulanır, onun 3 övlad atası olduğu qed olunur. Onun qardaşı Seymur Talıbov ataları Naxçıvan Ali Məclisini sədri olduğu müddətdə Naxçıvan Dövlət Universitetinin prorektoru idi. Hazırda Seymur Talıbovla Vasif Talıbov Naxçıvandakı qəsrlərindən sovetdən qalma, dəyəri Röya Ayxana bağışlanan ağ saraydakı qarovulçu evindən də ucuz evlərinə köçürülüblər.
Rza Talıbov isə Bakıda qalıb, “atamın işlərinə qarışmıram” şəklində açıqlamalar verməklə gün keçirir.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












