Sağlamlıq arayışı ödənişsiz olacaq?

"İşə qəbul olunanlar üçün", eləcə də "Sürücülüyə yararlı olmaq barədə" tibb arayışlar elektronlaşdırılıb. May ayının 1-dən etibarən hər iki tibbi arayışı elektron formada tibb müəssisələrindən rahat və operativ şəkildə əldə etmək mümkün olacaq.
Bəs, sağlamlıq arayışının icbari sığortanın xidmətlər zərfinə daxil edilməsi gözlənilir?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 13 may 2022-ci il tarixli Fərmanla TƏBİB tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfinə daxil olmayan və ödəniş tələb olunan tibb xidmətlərini və tarifləri TƏBİB müəyyənləşdirir. "18 yaşdan yuxarı vətəndaşların sağlamlıq haqqında arayışı ödənişlidir. Bu barədə yenilik olduqda ictimaiyyətə məlumat veriləcək" - deyə əlavə edilib.
Qeyd edək ki, sağlamlıq haqqında tibbi arayışın tarifi 40 manat təşkil edir.
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO












