Şamaxıda taksi sürücüsünü öldürənlərin məhkəməsi başladı – FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində Zaqatala rayon sakini Mark Süleymanov (1994-cü il təv.) və Ağdam rayon sakini Pərviz Qasımovun (1983-cü il təv.) CM-nin 120.2.1-ci (bir qrup şəxs tərəfindən törədildikdə qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə cinayət işi üzrə məhkəmə prosesinin baxışı başlayıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, ötən il dekabrın 15-də Baş Dövlət Yol Polisi İdarəsinin YPX əməkdaşları tərəfindən Şamaxı rayonunun Muğanlı kəndi ərazisində Füzuli rayon sakini Ceyhun Qurbanovun (1988-ci il təv.) boğulma və üzərində kəsilmiş-deşilmiş xəsarəti olan meyiti “Azsamand” markalı avtomobilinin yük yerində tapılıb və araşdırmalar aparılması üçün Şamaxı RPŞ-nə məlumat verilib. Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinin müayinəsi aparıldıqdan sonra, mərhumun meyiti məhkəmə-tibbi ekspertizası və patoloji anatomiya şöbəsinə göndərilib.
Ekspertizanın rəyinə görə, Ceyhun Qurbanov əvvəl kənar şəxs tərəfindən kəndirlə boğulub, sonra isə onun döş və qarın nahiyələrinə bıçaq zərbələri endirilib, ölümünə kəsici və deşici xəsarətlər fonunda baş vermiş kəskin xarici qanitirmə səbəb olub. Mərhumun şəxsiyyəti araşdırılarkən məlum olub ki, Ceyhun Qurbanov Bakının Sabunçu rayonunda, Maştağa qəsəbəsində yaşayıb və taksi sürücüsü işləyib.
İstintaq-əməliyyat axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Mark Süleymanov və Pərviz Qasımov Süleymanovun atasının Zaqatala rayonunun Qandıx kəndindəki evində yaxalanıblar.
Məlum olub ki, qətl dekabrın 15-də Bakı-Şamaxı-Yevlax yolunun Şamaxının Muğanlı qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.
Dindirmə zamanı təqsirləndirilən şəxslər Ceyhun Qurbanovun pul müqabilində onları Zaqatalaya apardıqlarını bildiriblər. Yolda sürücü onları təhqir etdiyi üçün aralarında mübahisə başlayıb, buna görə onlar sürücünü qətlə yetiriblər. Ceyhun Qurbanovu bıçaqlayandan sonra təqsirləndirilən şəxslər mərhumun şalvarının cibindən 3 manat pul götürüblər və meyiti avtomobilinin yük yerinə qoyaraq, maşını dərəyə aşırıblar.
Məhkəmə prosesinin sonu barədə məlumat veriləcək.
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO










