Sərnişinlər BU MARŞRUT AVTOBUSUNDAN şikayətçidirlər

Sərnişinlər 4 nömrəli marşrut avtobusunda gecikmələrdən şikayətçidirlər. Belə ki, martın 7-də “Nəriman Nərimanov” metro stansiyasının yaxınlığından Ağ Şəhərə gedən avtobus dayanacaqlardakı sərnişinləri iki saata yaxın gözlədib. Mənzil başına tələsənlər Səməd Vurğun parkının yaxınlığındakı dayanacaqda günorta saat 12:30-dan 14:15-ə qədər sözügedən avtobusu gözləməli olublar.
Avtosfer.az xəbər verir ki, bu barədə Bizim.Media-ya narazı sərnişinlər müraciət edib. Dediklərinə görə son bir neçə aydır ki, 4 nömrəli marşrutun intervalında ciddi problemlər yaşanır. Gözü yolda qalan sərnişinlər avtobusun tez-tez, günün istənilən saatında 35-40 dəqiqə intervalla işlədiyini bildiriblər.
Həmin dayanacaqdan başqa istiqamətlərə gedən avtobusların isə nizamlı, vaxtında dayanacaqda olduğunu əlavə ediblər.
Xatırladaq ki, ötən il noyabr ayında 4 nömrəli müntəzəm marşrut avtobusunun hərəkət istiqaməti dəyişdirilərək “Bakı Ağ Şəhər” yaşayış sahəsinə yönləndirilib. Həmçinin avtobusunistismarı “BakuBus” MMC-yə həvalə edilib. Elə avtobusla bağlı problemlərin də bundan sonra artdığı qeyd edilir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov açıqlamasında bildirib ki, daşıcıya hərəkət cədvəlinə riayət edilməsi tapşırılıb: ““Xətai” metro stansiyasını Montin qəsəbəsi ilə əlaqələndirən 4 nömrəli marşrut xəttində hazırda 10 nəqliyyat vasitəsi fəaliyyət göstərir. İntervalın pozulmasına günün pik saatlarında avtobusların keçdiyi Xocalı prospekti və Puşkin küçəsində müşahidə edilən ləngimələr səbəb olur. Daşıyıcıya avtobusları sərnişin təlabatına uyğun nizamlanması və sürücülərin hərəkət cədvəlinə riayət edilməsinə nəzarətin gücləndirməsi tapşırılıb”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












