Sərxoş halda velosiped sürənlər cərimə olunacaq? - VACİB AÇIQLAMA

Azərbaycanda sərxoş vəziyyətdə velosiped idarə edən şəxslərin hüquqi məsuliyyəti ilə bağlı məsələ tez-tez müzakirə olunur. Mövcud qanunvericilikdə bu hallara hansı yanaşmanın tətbiq edildiyi və velosipedçilərin hansı hallarda cərimələnə biləcəyi isə bir çoxları üçün maraq doğurur.
Bəs sərxoş halda velosiped sürmək qanunla qadağandırmı və belə vəziyyətdə hansı məsuliyyət nəzərdə tutulur?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Konkret.az"a açıqlama verən hüquqşünas Turan Abdullazadə bildirib ki, qüvvədə olan qanunvericiliyə əsasən velosiped mexaniki nəqliyyat vasitəsi hesab olunmur və buna görə də sərxoş vəziyyətdə velosiped sürmək ayrıca inzibati xəta kimi nəzərdə tutulmayıb.
“Yol hərəkəti haqqında” qanunda mexaniki nəqliyyat vasitəsi dedikdə asma mühərrikli velosipedlər və relsli nəqliyyat vasitələri istisna olmaqla, özügedən nəqliyyat vasitələri nəzərdə tutulur. Azərbaycan ərazisində avtomobil, motosiklet və digər mexaniki nəqliyyat vasitələrinin idarə edilməsi sürücülük vəsiqəsi əsasında həyata keçirilir və məhz bu kateqoriyaya daxil olan nəqliyyat vasitələrini sərxoş vəziyyətdə idarə etmək qadağandır”.
Hüquqşünas qeyd edib ki, velosiped, kiçik elektrik nəqliyyat vasitələri, araba və mopedlər bu tələblərə daxil edilmir. Bu səbəbdən qanunvericilikdə sərxoş halda velosiped sürməyə görə ayrıca məsuliyyət müəyyən olunmayıb.
“Velosipedçi yol hərəkəti qaydalarını pozduğu halda inzibati məsuliyyət daşıyır. Belə hallarda velosiped və ya moped idarə edən şəxslərə görə 40 manat məbləğində cərimə tətbiq edilir”.
Ekspert vurğulayıb ki, qanunda birbaşa qadağa olmasa da, sərxoş vəziyyətdə hərəkət etmək həm sürücünün, həm də digər yol iştirakçılarının təhlükəsizliyi baxımından ciddi risk yaradır.
Avtomobillə yola çıxanların NƏZƏRİNƏ!
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT
Skuteri qaydasız park edənlər cərimələnə bilər – FOTO
Bloqerlərin izləyici sayını süni artıranlar ifşa olunur? - RƏY
Bu rayonlar öz xərclərini ödəyə biləcəklər? – İQTİSADÇI AÇIQLADI
Metro və avtobusların yükü azalacaq? - Yeni xətlər çəkilir
Sürücülərin DİQQƏTİNƏ: Cəriməni belə ləğv etdirə bilərsiniz
Azərbaycandakı hər 10 avtomobildən 4-ü Bakıda qeydiyyatdadır – STATİSTİKA
Bu yollarda tıxac var - SİYAHI
Trampdan İlham Əliyevə xüsusi dəvət












