“Şimal-Cənub dəhlizi Şimal, Şərq və Qlobal Cənub arasında əlaqəni gücləndirir”

Şimal-Cənub qitəmizin şimal regionları, Şərq və Qlobal Cənub ölkələri arasında təkmilləşdirilmiş əlaqəni təmin edən əsas istiqamətdir.
Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Moskvada MDB İqtisadi Şurasının 104-cü iclasının kuluarlarında jurnalistlərə bildirib.
"Rusiya hökumətinin mayda formalaşan yeni tərkibində ilk dəfə nəqliyyat və nəqliyyat-logistika komponentlərinə cavabdeh olan Baş nazirin müavini vəzifəsi yaradılıb. Şimal-Cənub Avrasiya qitəsinin şimalı, Şərq və Qlobal Cənub ölkələri arasında əlaqəni təmin edən ən vacib istiqamətlərimizdən biridir. Əsas diqqət cənuba yeni marşrutların və beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasına və inkişafına yönəldilib", - A.Overçuk vurğulayıb.
Hökumət başçısının müavini qeyd edib ki, Rusiya həmçinin Xəzər dənizinin sahili boyunca Rusiya, Azərbaycan ərazisindən İrana qərb marşrutunu da fəal şəkildə inkişaf etdirir.
"Bu istiqamətdə çox fəal şəkildə iş aparılır. Bundan əlavə, burada artıq avtomobil marşrutu - Rusiya və İran sərhədlərini Azərbaycan vasitəsilə birləşdirən müasir yol fəaliyyət göstərir. Bu yol artıq işləyir və Rusiya-Azərbaycan sərhədindən yükdaşımaların həcmi 5 dəfə artıb. Hökumət beynəlxalq sərhəd-keçid məntəqələrinin təkmilləşdirilməsi və modernləşdirilməsinə böyük diqqət yetirməyə davam edir", - o vurğulayıb.
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












