Siqaret istehsalçılarına yeni tələb qoyulur

Burada deputatlarımızı maraqlandıran və maraq doğuran məsələ siqaret istehsalı sahəsində fəaliyyət göstərmək istəyən subyektlərin dövlət qeydiyyatına alınması zamanı avadanlıqlara dair 34 milyon manat vəsaitin olması məsələsi idi. Bu, İqtisadiyyat Nazirliyi tərəfindən əsaslandırılıb. Müəyyən xarici ölkələrin təcrübəsi nəzərə alınıb.
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Rzayev "Tütün və tütün məmulatı haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.
O bildirib ki, bu maddənin qanuna əlavə edilməsi məqsədəuyğun hesab edilir: "Tütün və tütün məmulatları nə qədər qiymətli məhsul olsa da, insan orqanizminə ziyandır, onların keyfiyyətli istehsalı çox vacibdir. Keyfiyyətli məhsul istehsal etmək üçün müasir texnologiya, avadanlıqlar lazımdır.
"Bir sistemin quraşdırılmasının məbləğinin 10 milyon dollar müəyyənləşdirilməsi qanunauyğun haldır. Belə fikirlər var ki, bunun məbləği niyə 3-5 milyon olmur? Bu məbləğli avadanlıqlarla yüksək keyfiyyətli məhsul istehsal etmək mümkün deyil", - deyə o, əlavə edib.
Komitə sədri vurğulayıb ki, arağın illik minimum həcminin 100 min dekolitr müəyyən olunması da əsaslandırılıb:
"Belə ki, birdən-birə 100 min dekolitr araq istehsal etmək gücünə malik müəssisələr yoxdur. Bu gün ölkədə 132 alkoqollu içki istehsalı ilə məşğul olan vergi ödəyicisi var. Araq istehsalı ilə məşğul olan 98 vergi ödəyicisindən yalnız 8-nin istehsal gücü o tələbi ödəyir. 75 faizi bu qədər araq istehsal edə bilmir. İqtisadiyyat Nazirliyindən aldığım məlumata görə, alkoqollu içki istehsalı üzrə ən çox vergidən yayınma hallarına, kölgə iqtisadiyyatına araq istehsalında rast gəlinir".
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












