“Şirkətlər özbaşınalıqla məşğuldur” - Azad olunmuş ərazilərdə yol qəzaları niyə artır?
Gündəm
6 Noyabr 2023 17:46

“Son bir həftədə işğaldan azad olunan ərazilərdə cəmi 2 yol qəzasında 6 nəfər ölüb, 4 yaralı var. Dəfələrlə demişəm, oralarda qayda-qanun işləmir, kim necə gəldi, sürür. Yollar bərbad, nişan, nişanlanma xətləri yox səviyyəsindədir. Sürücülərə nəzarət olunmur, şirkətlər biraz pul xərcləyib nəqliyyat təhlükəsizliyini təmin etmir. Elə ordu sıralarında da durum eynidir. Hərbi maşınlar qəzaya düşür, əsgər və zabitlərimiz ölür”.
Bunu nəqliyyat eksperti Elməddin Muradlı feysbuk hesabında yazıb. O qeyd edib ki, işğaldan azad olunan ərazilərdə yol terroruna “dur” demək və geniş layihə çərçivəsində təbliğat işi aparmaq lazımdır.
Ekspertin fikrincə, azad olunan ərazilərdə yol hərəkətinə və sürücülərə ciddi nəzarət edilməlidir. O, açıqlamasında deyib ki, təəssüf ki, bəzi sürücülər nəzarət, radar olmayan yollarda hər şey edə biləcəklərini düşünürlər: “Bu da ağır faciələrə gətirib-çıxarır. Ötən həftə Zəngilanda da qəza oldu, bir nəfər həyatını itirdi, yaralananlar oldu. Bu hadisələr təkcə mülki sürücülərin başına gəlmir, hərbçilərimiz də yol qəzalarında həyatlarını itirir, xəsarət alırlar. Müharibə olmayan bir vaxtda niyə əsgərlərimizi, hərbçilərimizi itirməliyik?

Dünyanın bir çox ölkələrində belə hadisələrin qarşısını almaq üçün müxtəlif mexanizmlər tətbiq olunur. Avtomobillərə xüsusi texniki cihazlar quraşdırmaqla sürücülərin iş rejiminə, davranışlarına nəzarət edilir. Sürücü artıq bilir ki, polis olmasa belə ona nəzarət var. İndiki halda isə bəziləri hesab edir ki, işğaldan azad olunmuş ərazilərdə yol infrastrukturu yaxşı deyil, nəzarət yoxdur, ona görə də istədikləri kimi davranırlar. Həmin ərazilərdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı dəfələrlə təkliflər vermişik, görünən odur ki, hələ də lazımi tədbirlər görülmür”.
Ekspert onu da bildirib ki, azad olunmuş ərazilərdə fəaliyyət göstərən şirkətlərin işinə də nəzarət həyata keçirilməlidir:
“Oradakı şirkətlər başa düşməlidir ki, hər dəfə yol qəzalarında neçə işçini itirib, mənfi imic qazanmaqdansa, bir az artıq pul xərcləyib, sürücülərin iş və istirahət rejimini nəzarətdə saxlamaq olar. Sürücülərə ağır iş gördürməsinlər, iş saatlarını artırmasınlar. İşçilərlə istədikləri cür davranırlar.
Avtomobillər ağır yüklənməməlidir. Avtomobilin öz tutumu var, iş tez getsin deyə onu normadan artıq yükləyəndə hərəkət də çətinləşir və təhlükə yaranır. Yay aylarında Zəngilanda 30 ton yük tutumu olan maşına 50 ton yük yükləmişdilər. Əyləc sistemi qəfil sıradan çıxdı, 22-23 yaşında gənc sürücü həyatını itirdi. İstər yerli, istər xarici – şirkətlər orada özbaşınalıqla məşğuldur. Ümid edirəm ki, bədbəxt hadisələr artmadan problemin həllinə nail ola biləcəyik”.
Demokrat.az
Oxunub : 872
DİGƏR XƏBƏRLƏR
3 Mart 2026 11:41
Müharibələr bəzən iqtisadiyyata təkan verən qüvvəyə çevrilir - NATİQ CƏFƏRLİ
3 Mart 2026 00:00
Ramazan ayının on üçüncü gününün duası - İmsak və iftar vaxtı
2 Mart 2026 22:03
"Ford"un elektromobillərində bu funksiya ödənişli olacaq – 850 manat - FOTO
2 Mart 2026 21:00
Paytaxtın tıxac problemi necə həll olunacaq? – UNİKAL TƏKLİF
2 Mart 2026 20:42
ABŞ Ərəb dünyasından sonra bu ölkələrə “bahar” gətirməyi planlayır – Politoloq AÇIQLADI
2 Mart 2026 20:15
Bakıda qızlar musiqiyə yüksək səs verib yolun ortasında şou göstərdi - VİDEO
2 Mart 2026 18:36
Dövlət Türizm Agentliyinin kollegiyasının tərkibi təsdiqləndi - ADLAR
2 Mart 2026 18:00
İrana təşkil edilən hücumlar Azərbaycana da mənfi təsir edəcək - EKSPERT
2 Mart 2026 14:18
Pakistan–Əfqanıstan münaqişəsi buna görə yaranıb – Politoloq səbəbləri AÇIQLADI
2 Mart 2026 11:41
Gənc Tamaşaçılar Teatrının üstündə restoran üçün teras tikilir – Memardan İDDİA - FOTOSESSİYA
2 Mart 2026 09:24
İranın öldürülən generalları - SİYAHI
2 Mart 2026 08:33
Bu yollarda tıxac var - SİYAHI
ŞƏRH YAZ










