ŞİKAYƏT: Qobuda çirkab suları küçə boyu axır – VİDEO

Abşeron rayonu, Qobu qəsəbəsində bir qrup sakin yaşadıqları ərazidə kanalizasiya xətlərinin olmamasından şikayətlənirlər.
Avtosfer.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, Qobu qəsəbəsi, Əliağa Ağayev küçəsində kanalizasiya xətti yoxdur.
Ümumiyyətlə, Qobu qəsəbəsində 5 mindən çox sakinin yaşadığı ünvanda kanalizasisya xətti yoxdur.
Sakinlər bu səbəbdən məcbur qalıb çirkab sular üçün quyular qazırlar.
Amma yağış yağan kimi quyular daşır və çirkab sular ilə birgə küçə boyu axır. Sakinlərin öz vəsaitləri hesabına kanalizasiya xətti çəkdirmək istəkləri isə heç bir nəticə vermir.
Mövcud məsələ ilə bağlı “Azərsu” ASC-dən “Xəzər Xəbər”ə bildirildi ki, həmin ünvanda mərkəzləşdirilmiş kanalizasiya infrastrukturu mövcud deyil. Master plana əsasən gələcəkdə həmin ünvanda kanalizasiya şəbəkəsinin qurulması planlaşdırılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO












