Skuter və moped istifadəçiləri üçün yeni qaydalar qəbul olunmalıdır – EKSPERT RƏYİ + VİDEO

Paytaxtda moped və skuter sürənlərin sayı artsa da, faktiki olaraq bu nəqliyyat vasitələri üçün qaydalar yoxdur...
Ekspertlər deyir ki, bu nəqliyyat vasitələri üçün yeni qaydaların tətbiqinə ehtiyac var.
Velosiped zolaqları salındıqdan sonra bu zolaqdan velosiped sürənlərlə yanaşı moped və skuter sürücüləri də istifadə edir.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, dünya təcrübəsində müxtəlif texniki xüsusiyyətlərə malik olan bu nəqliyyat vasitələri həmin ölkələrin qanunvericiliyinə uyğunlaşdırılır. Həmin təcrübə ölkəmizdə də tətbiq olunmalıdır.
Ekspertin sözlərinə görə, moped və skuter sürücüləri qanun pozuntusuna yol verərsə, İnzibati Xətalar Məcəlləsində, cinayət hadisəsi baş verərsə, Cinayət Məcəlləsində nəzərdə tutulmuş tədbirlər həyata keçirilir. Lakin dünya praktikasında hər bir nəqliyyat vasitəsi üçün ayrıca qaydalar tətbiq edilir.
Bizdə isə bu hələ ki ümumi nəqliyyat vasitələri üçün nəzərdə tutulan qaydalarla tənzimlənir.
Daha ətraflı videomaterialda.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












