Sumqayıtda küçə boyunca çirkab su axır - VİDEO

Çirkabın axıdılması üçün ödəniş alınsa da, xidmət göstərilmir. Kanalizasiya xəttinin düzgün işləməməsi ərazini keçilməz hala salıb, çirkab küçə boyunca axır.
Avtosfer.az Xezerxeber.az-a istinadən xəbər verir ki, görüntülər Sumqayıtın Corat bağları, General Məhəmməd Əsədov küçəsindəndir.
Ərazidə yaşayan sakinlərin sözlərinə görə, özləri küçəyə illər öncə kustar üsulla xətt çəksələr də, sonradan əhali sayı artdığına görə, borular yükləməyə tab gətirməyib. Hazırda 100-ə yaxın ailənin yaşadığı küçə xoşagəlməz haldadır.
Sakinlərin sözlərinə görə, ərazi "Azərsu ASC"nin Bağlar su-kanal idarəsinin balansındadır.
Problemlə bağlı dəfələrlə aiddiyyəti orqana müraciet etsələr də, heç bir nəticəsi olmayıb.
Məsələ ilə bağlı "Azərsu" ASC-nin Bağlar su-kanal idarəsindən bildirildi ki, sakinlərin haqlı şikayəti çox qısa vaxt ərzində həll ediləcək. Kustar üsulla çəkilən kanalizasiya xətləri əhali sayı nəzərə alınmaqla yeniləri ilə əvəzlənəcək. Bununla da problem həllini tapacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












