Sumqayıtda piyada zolağı silinib, sakinlər çətinlik çəkirlər - VİDEO

Sumqayıtda piyada zolağının silinməsi problem yaradır.
Sakinlərin sözlərinə görə, küçədə piyada keçidi uzun müddətdir silinib. Bu səbəbdən piyadalar həmin küçədə istədikləri yerdən keçmək məcburiyyətində qalırlar.
Avtosfer.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, piyada keçidinin olmaması sakinlərin işini çətinləşdirir.
Sürücülər isə iddia edirlər ki, piyada zolaqları üçün çəkilən xətlər qısa vaxt ərzində silinir. Çünki həmin zolağa çəkilən maye keyfiyyətsizdir. Yağış yağan kimi yuyulur.
Məsələ ilə bağlı DİN-in Sumqayıt şəhər "Siqnal" İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsindən “Xəzər Xəbər”ə bildirildi ki, son bir ay ərzində bütün şəhərin nizamlanan və nizamlanmayan piyada keçidləri rənglənəcək. General Məhəmməd Əsədov adına olan küçə də digərləri kimi tədbirlər planına salınıb. Qısa vaxt ərzində vətəndaşları narahat edən problem aradan qaldırılacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












