Sürücülər diqqətli olsunlar, Kəlbəcərdə həmişə belə yol qəzaları olub

Kəlbəcərdə növbəti dəfə ölümlə nəticələnən qəza baş verib. Belə ki, rayonun Qamışlı kəndi ərazisində yük maşını aşıb və sürücü həlak olub. Əgər xatırlayırsınızsa, aprelin 12-də də Kəlbəcərdə yük maşının çaya aşması nəticəsində sürücünü sel aparmışdı.
Bəs, orada tez-tez bu cür qəzaların baş verməsinə səbəb nədir?
Avtosfer.az xəbər verir ki, bu barədə Bakupost.az-ın sualını keçmiş döyüşçü, Kəlbəcər sakini Dilqəm Əsgərov cavablandırıb. Onun sözlərinə görə, digər rayonlardan gələn sürücülər Kəlbəcərin relyefinə bələd olmadıqlarına görə bu cür qəzalar baş verir:
“Kəlbəcərdə bir kilometr düz yol yoxdur. Yolların hamısında sərt döngələr var. Tərtər çayının qırağıyla Kəlbəcərə gedən yolun sağ tərəfi hündür dağlar və qayalardır. Orda arxlar və dərələr var. Həmin dağların zirvəsinə yağış yağanda o dərələrlə sel gəlib yolu basır. Aran sürücüləri də bunu bilmədiyi üçün həmin yolda qəzaya düşürlər. Tarix boyu Kəlbəcərdə belə qəzalar olub. O vaxt Qarabağdan, Bərdədən, Yevlaxdan Kəlbəcərə gələn maşınlar gündüz dağa çıxırdı, amma axşam dağdan enəndə sürücü axtarırdılar. Bu səbəbdən Kəlbəcər ərazisində maşın sürmək çətindir. Gərək sürücülər diqqətli olsunlar. Bu yollarda avtomobil idarə etmək üçün sürücülərdən təcrübə tələb olunur”.

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










