Sürücülərə şad xəbər!

Avtosfer.az xəbər verir ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ACS tərəfindən küçə və prospektlərdə nəqliyat vasitələrinin maneəsiz və rahat hərəkəti üçün kompleks tədbirlər həyata keçirilir. Keçirilən kompleks tədbirlər nəticəsində paytaxtın daha iki küçəsində aparılan təmir-tikinti işləri yaxın günlərdə yekunlaşacaq. Yasamal rayonu Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsindən 1.7 kilometrlik ərazisində təmir işləri davam etdirilir. Sözügedən ərazidə köhnə asfalt-beton qatının üst hissəsi frez maşını ilə qaşınaraq ərazidən daşınıb, yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Yol boyu səki daşlarının yenilənməsi işlərinə də başlanılıb. Zəruri olan ərazilərdə səth sularının normal kənarlaşdırılması üçün yağış kanalizasiya sistemi qurulur, yeni yağış barmaqlıqları yerləşdirilir, kommunikasiya quyularının dəmir-beton plitələri qaldırılır və baxış qapaqları dəyişdirilir.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Yasamal rayonu Bəxtiyar Vahabzadə küçəsində də nəqliyat vasitələrinin rahat və maneəsiz hərəkləti üçün kompleks tədbirlər həyata keçirilir. Ümumi uzunluğu 820 metr olan küçənin 3200 kvadrat metr sahəsində əsaslı təmir-tikinti işləri aparılır, 7800 kvadrat metr sahədə isə orta təmir işləri həyata keçirilir. Küçə boyu səki daşlarının 80 faizi yenisi ilə əvəzlənir. Zəruri olan ərazilərdə səth sularının normal kənarlaşdırılması üçün yağış kanalizasiya sistemi qurulur, yeni yağış barmaqlıqları yerləşdirilir, kommunikasiya quyularının dəmir-beton plitələri qaldırılır və baxış qapaqları dəyişdirilir. Metronun Elmlər Akademiyası stansiyasının Bakı Dövlət Universitetinin qarşısındakı yeni çıxışlarının ətrafinda qazma və dolğu işləri asfaltın alt layına qədər təmin olunub.
Şəfayət Mehdiyev və Bəxtiyar Vahabzadə küçələrində aparılan kompleks tədbirlərin vaxtında yekunlaşdırılması üçün Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin lazımi sayda texnika və canlı qüvvəsi səfərbər olunub.
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO










