Sürücülərlə sərnişinlər arasında kütləvi dava baş verdi

Bakıda bıçaqlanma hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, Xətai Rayon Polis İdarəsindən apa-ya verilən məlumata görə, hadisə Mirzə Davud küçəsi 11 ünvanında qeydə alınıb.
1972-ci il təvəllüdlü Pərviz Ramiz oğlu Məlikovun idarə etdiyi, 60 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusda sürücü ilə avtobusun sərnişini 1981-ci il təvəllüdlü Vüqar Maarif oğlu Mehdiyev arasında “Neftçilər” metro stansiyasının yaxınlığında insident yaşanıb.
Sərnişinlə sürücü aralarında baş verən insidentə aydınlıq gətirmək üçün Xətai rayonunda yerləşən "Elektrotok" qəsəbəsi ərazisində, 60 saylı sərnişin avtobusunun sonuncu dayanacağında görüş təyin ediblər.
Hadisə yerinə tanışı Elnur Elxan oğlu Məmmədovla gələn sərnişinlə dayanacaqda olan sürücülər arasında dava baş verib. Müxtəlif bədən xəsarəti alan E. Məmmədov sürücü P. Məlikova bıçaqla xəsarət yetirib.
P. Məlikov müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində E. Məmmədov və V. Mehdiyev tutulub.
Faktla bağlı araşdırma aparılır.
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA












