Taksi qiymətləri qalxacaq? - YENİ QƏRAR

Bakıda taksilərin sayı 20 minə qədər azaldılacaq. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib. O bildirib ki, taksi ilə bağlı ötən il qanunvericiliyə dəyişiklik edilib. Nazir müavini yaydan bəri taksilərin sayının 67 mindən 60 minə qədər azaldığını diqqətə çatdırıb. Bəs görəsən taksilərin sayının azaldılması qiymətlərə təsir göstərəcəkmi?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, taksilərə tələbin bu qədər çox olması ictimai nəqliyyatın yaxşı vəziyyətdə olmaması ilə bağlıdır.
“Bizim ictimai nəqliyyatımız yaxşı səviyyədə deyil. Biz ictimai nəqliyyata investisiya yatırmalıyıq ki, insanlar üçün daha cəlbedici olsun. Belə olduqda, təbii olaraq, insanlar ictimai nəqliyyata yönələcək və taksiyə bu qədər ehtiyac qalmayacaq. 1967-ci ildə Bakıda Baksovetdən Nərimanova ilk metro xətti açılanda yerin üstündə 102 kilometrlik tramvay, 300 kilometrə yaxın traleybus və 198 kilometrlik şəhərətrafı elektrik şəbəkəsi var idi. İnsanlar bu növ nəqliyyat vasitələri ilə daha rahat hərəkət edirdi. Amma 20 il bundan öncə biz çeşidli ictimai nəqliyyatı ləğv etdik və kütləvi avtomobilləşmənin fəsadları müşahidə edilməyə başlandı. Dünyanın digər yerlərində bizdən də çox avtomobil var. Sual odur ki, onlar gün ərzində avtomobillə nə qədər məsafə səfər edir. Hal-hazırda Bakı şəhərinin “Rəqəmsal əkizi” yaradılıb və səfərlərin nə ilə təşkil olunmasının faizi müəyyən olunub. Hazırda müəyyən faiz taksi ilə təşkil olunursa, bu normal bir şey deyil. Eyni zamanda taksi qiymətlərinin bu cür ucuz olması da normal bir şey deyil. Müxtəlif simuliyasiya proqramları ilə fərqli ssenarilərdə hansı dəyişikliyin hansı nəticəyə gətirəcəyini artıq öncədən proqnozlaşdırmaq olar. Artıq bəzi islahatların tətbiq olunması nəzərdə tutulub. Belə olan təqdirdə insanlar müəyyən məsafəni piyada yoxsa hansısa nəqliyyat vasitəsi ilə gedəcəyini özləri qərar verəcək. Bu reallıqda taksiyə də tələb avtomatik olaraq azalacaq”.
Ekspert qeyd edib ki, taksi qiymətlərini təqdim olunan keyfiyyət və bazar tənzimləyir.
“Bununla yanaşı taksilərə dövlət tərəfindən də tələblər müəyyən olunub. Son illər, xüsusən pandemiya dövründə taksinin sayı artdı. Qiymət və keyfiyyət aşağı düşdü. Belə olduqda hər iki tərəfin narazılığı müşahidə olundu. Sürücülər istismar olunduqlarından, sərnişinlər isə xidmət keyfiyyətinin aşağı olmasından şikayət edirdi. Ona görə də dövlət bu sahəyə yüksək keyfiyyət parametrləri müəyyən edir. Digər tərəfdən qiymətləri bazar tənzimləyir. Taksi şirkətləri tərəfindən xidmət keyfiyyətinə uyğun olaraq qiymətlər təklif olunur. Minimum hədd müəyyən olunmaqla, təqdim olunan xidmətə görə qiymətlər dəyişir”.
Görmə məsafəsi məhdudlaşacaq - Sürücülərin nəzərinə!
Benzinin qiyməti pandemiyadan əvvəlki ən yüksək həddə çata bilər - NƏŞR
Xameneini əvəzləyən Əlirza Ərafi kimdir? - Qarabağla bağlı görün nələr deyib
Qar yağacaq, 18 dərəcə şaxta olacaq - Sabahın havası
Kütləvi toplaşma yerlərindən uzaq durun - XİN-dən Yaxın Şərqdəki vətəndaşlara müraciət
Bakıda ev qiymətinə olan qarajlar - VİDEO
"Yalnız rəsmi məlumatları yayın" - Jurnalistlərə xəbərdarlıq
Xameneinin ölümünə görə İranda MATƏM ELAN EDİLDİ
İran Dövlət Televiziyası Xameneinin öldüyünü təsdiqlədi - SON DƏQİQƏ
Ramazan ayının on birinci gününün duası - İmsak və iftar vaxtı
Astara sərhədində avtobuslar hazır vəziyyətə gətirilib - FOTO











