Taksi sürücülərinə buraxılış kartı hələ verilməyib, DYP cərimə yazır - "Qanunsuzdur" - EKSPERT

Yol polisi Bakı şəhəri ərazisində taksi sürücülərinə buraxılış kartı olmadan taksi fəaliyyəti ilə məşğul olduğuna görə cərimələr yazır. Avtosfer.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 324.2-ci maddəsinə əsasən bəzi sürücülərə 50 manat məbləğində cərimə tətbiq olunub. Buna səbəb Nazirlər Kabinetinin DYP-yə müraciət edərək qanunun icrasını təmin etməyi tələb etməsi olub. Lakin məlum olur ki, əslində eyd olunan buraxılış kartını Nazirlər Kabineti hələ özü təsdiqləməyib.
Bəs bu cərimələr nə dərəcə düzgündür?
Nəqliyyat eksperti Elməddin Muradlı bildirir ki, bu cərimələrin yazılması qanuna zidd deyil. "Lakin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi dəfələrlə bildirib ki, qeyd olunan buraxılış kartları sürücülərə hələ verilməyib. Buna səbəb isə onun forması və digər texniki məsələlərlə bağlı Nazirlər Kabinetinin müvafiq təkliflərə hələ cavab verməməsidir. Deməli, vətəndaşa bu kart verilməyibsə cərimənin yazılması nə dərəcədə düzgündür?"
Elməddin Muradlı DYP əməkdaşlarına çağırış edərək bildirib ki, bu məsələni dəqiqləşdirmək lazımdır. "Prinsipial olaraq məsələ cərimə yazmaqdırsa bu başqa, amma vətəndaş qanunsuz hərəkət etməyib. Qeyd olunan sənədi verən qurum özü hələ bunu təqdim edə bilmirsə vətəndaş buraxılış kartını haradan almalıdır?".
Ekspert aidiyyəti qurumlara bu barədə müraciət göndərdiyini də qeyd edib. "Müvafiq qurumlara bu barədə məlumat verdim. Artıq DYP tərəfindən cərimələrin yazılması dayandırırlıb. Hesab edirəm ki, bügünə qədər buraxılış kartına görə yazılmış cərimələr əsassızdır və ləğv olunmalıdır. Vətəndaşlar aidiyyəti üzrə müraciət edib cəriməni ləğv elətdirə bilərlər."
Leyla
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













