Təcili yardım helikopterləri alınsın, xəstələri çatdırmaq olmur

Deputat Qüdrət Həsənquliyev təcili tibbi yardım helikopterlərinin alınmasını təklif edib.
O belə bir təkliflə parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib. "Bu gün təcili tibbi yardım helikopterlərinin olması daha vacibdir. Çünki paytaxta tıxaclar olduğundan təcili tibbi yardım maşını ilə xəstələri çox hallarda zamanında xəstəxanaya çatdırmaq olmur. Əgər helikopter olarsa, o zaman helikopterlərlə xəstələri vaxt itirmədən xəstəxanaya çatdırırlar. Vətən Müharibəsi dövründə yaralıları Badamdardakı helikopter meydançasına, oradan isə təcili tibbi yardım maşınları ilə xəstəxanalara daşıyırdılar”, - deputat qeyd edib.
Deputat eyni zamanda xəstəxanalarda helikopter meydançalarının olmamasından da gilyeləndi. “Xəstəxanalarda helikopter meydançaları yaradılsa yaxşı olar”, - o bildirib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












