Tıxacların daha bir SƏBƏBİ – Paytaxt yollarında zolaqlar niyə enli ÇƏKİLİR?

Son günlər redaksiyamıza paytaxt yollarında zolaqların enli olması ilə bağlı şikayətlər daxil olur. Sürücülər bildirirlər ki, zolaqların enli olması ara məsafəsinin geniş olmasına səbəb olur, bu da öz növbəsində tıxaclara və yolun yüklənməsinə şərait yaradır.
Bəs görəsən, paytaxt yollarında zolaqlar hansı meyarlara əsasən çəkilir və mövcud zolaqlar qənaətbəxşdirmi?
Nəqliyyat sektoru üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında bildirib ki, şikayətçilərin fikirləri ilə razıdır: “Bəli, Bakı şəhərində zolaqların eni daha çoxdur. Halbuki zolaqlarının enini qısaltmaqla daha effektiv hərəkəti təmin etmək olar. Belə olan halda bir yolda 3 və ya 4 zolaq çəkmək olar”.
“Yük avtomobilləri də nəzərə alınır”
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məsələ ilə bağlı bu fikirləri səsləndirib: “Avtomobil yolunun texniki dərəcələrinə, normativə uyğun olaraq bu zolaqlar çəkilir. Zolaqların eni isə avtomobil yollarının kateqoriyasına uyğun hesablanıb. Burada standartlar var. Sözügedən məsələdə təkcə minik avtomobilləri yox, yük avtomobilləri də nəzərə alınır. Təbii ki, beynəlxalq təcrübə də diqqətdə saxlanılır. Ancaq ümumən bu məsələ ilə bağlı yerli standartlar var. Burada söhbət Azərbaycan qanunvericiliyindən gedir. Hər hansı bir dövlətin qaydası burada tətbiq oluna bilməz, lakin beynəlxalq standartlara uyğun olaraq bu standartlar müəyyənləşdirilir”.
Məlumat üçün mövcud standartı diqqətinizə çatdırırıq:

İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












