"Ürəyim istəyir alıb, sürərəm" - Namiq Qaraçuxurlu

"Ürəyim istəyir alıb, sürərəm. Amma özümü o həyata öyrəşdirmirəm".
Avtosfer.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "Maqazin plus" proqramında deyib. Sənətçi "Bentley" markalı avtomobilindən danışıb:
"Bizim o qədər bahalı maşın sürən sənətçimiz var ki, ulduzluqla əlaqəsi yoxdur. Allahın verdiyi fürsətdi, dəyərləndirmişik. Allah imkan verib, sürürəm. Hərdən bu həyatı dadıram, amma daimi deyil. Mənim üçün maşın ulduzluq yox, rahatlıqdır. Milləri bər-bəxəklə çaşdırmıram. Ulduz həyatı yaşamıram, özümü ona öyrəşdirmirəm. Çalışıram elə yaşayım ki, sabah bu şöhrət olmayanda, üzülməyim".
N.Qaraçuxurlu biznes qurmaq istəyindən bəhs edib:
"Nəfsin arxasınca getməsən, pulun olacaq. İşini mükəmməlləşdir, pur özü gələcək. Bəzi gənclər elə bilir ki, bunu etmərəm, yenilik edərəm və çörəksiz qalaram. Sonda hər şey Allahın əlindədir. Sabahımdan narahat adamam. Amma iş baxımından yox. Etdiyim yeniliklər bəzən maddi qazancımı azaldıb. Amma bilmişəm ki, keyfiyyətlidir, edirəm. Hələ heç bir biznesim yoxdur, amma düşünürəm".
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO












