Vasif Talıbovun biznesi çökür: Şirkətləri ard-arda məhkəməyə verilir

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbov istefa verdikdən sonra nəzarətində olan şirkətlərin də çöküşü başlayıb.
Vasif Talıbovun istefasından sonra onun nəzarətindəki “Cahan Holdinq” və holdinqə daxil olan şirkətlər ard-arda məhkəməyə verilir.
Məhkəmə çəkişmələrindən məlum olur ki, holdinq Vasif Talıbovun nüfuzundan yararlanaraq bir sıra şirkətlərlə bağladığı müqavilələrə əməl etməyib. İndi Vasif Talıbov əvvəlki gücdə və nüfuzda olmadığı üçün həmin şirkətlər hərəkətə keçiblər.
Vasif Talıbova məxsus olduğu bildirilən başqa bir şirkətdə də vəziyyət ürəkaçan deyil. Söhbət “Gəmiqaya Holdinq”dən gedir. Holdinq 2008-ci ildə təsis edilib və tərkibində 14 şirkət fəaliyyət göstərir. “Gəmiqaya Holdinq” Vasif Talıbovun biznes imperiyasına daxil olan ən iri strukturlardan biridir.
Hazırda şirkətin işləri yaxşı getmir. Bu səbəbdən holdinqin vergi borcu yaranıb. “Gəmiqaya Holdinq”in dövlətə 14 272.50 AZN vergi borcu var.
Ehtimal olunur ki, şirkət yaxın günlərdə borca görə məhkəməyə veriləcək. (“Qaynarinfo”)
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
Bakıda qarajlar rekord həddə BAHALAŞDI
25 ildə tamaşaçının zövqü tamam korlandı - Elariz Məmmədoğlundan kanallara SƏRT TƏNQİD
“Metak”dan AÇIQLAMA – “Qəzada ölən şəxsin ailə ilə heç bir əlaqəsi yoxdur”
Aparıcının öldüyü qəzada digər sürücünü nə gözləyir? — Hüquqşünas açıqladı
“Qara Cümə” endirimlərinin pərdəarxası: Alıcılar necə aldadılır?
Bakıda tunel və yol layihələri niyə gecikir?- Deputat AÇIQLADI
Şəhərlərarası avtobuslarda standart, komfort və premium xidmətlər – Nə dəyişəcək? - EKSPERT
“Hələ yazılacaq çox hekayəm var…” - Sonuncu dəfə bu paylaşımı edib












