“Vasmoy”da satıcılar hər gün alternativ yolu bağlayır - VİDEO

Bazar sözünün haqqını verən “8-ci kilometr bazarı”nda avtomobillər üçün nəzərdə tutulmuş yoldan piyadalar istifadə edirlər. Avtosfer.az xəbər verir ki, “Vasmoy” bazarında alış-veriş edən vətəndaşlar yolun hərəkət hissəsində dayanaraq sürücülərin yolunu kəsir. Nəticədə Qara Qarayev prospektində və bəzi ətraf küçələrində sıxlıq müşahidə olunur. Bu da paytaxtın “Neftçilər”, “Qara Qarayev”, “Xalqlar Dostluğu” metrostansiyası yaxınlığında tıxacın yaranmasına səbəb olur.
Ərazidə nizam-intizama nəzarəti gücləndirmək və satıcıları yoldan kənarlaşdırmaq lazımi addımlardan biridir.
Qeyd edək ki, video oxucu tərəfindən saytın qaynar xəttinə göndərilib. İddialara görə bu hall hər gün təkrarlanır.
Satıcılar bazarın daxilində deyil, küçə ticarətinə yer pulunun çox olmasını səbəb gətirirlər. Bildirilir ki, bazar daxilində yerin sənədləşdirilməsi üçün birdəfəlik 600 manat məbləğində pul ödəməlidirlə. Odur ki, kiçik ticarətçilər təkərli piştaxtalara üstünlük verir. Küçədə satış üçün ilkin olaraq heç bir məbləğ ödəmirlər. Bu da yolların bağlanmasına səbəb olur. Üstəlik satıcılar zəbt etdikləri yerə görə də gündəlik pul verdiklərini bildirib.
Məhəbbət Tərlanoğlu
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












