Vətəndaşların DİQQƏTİNƏ: Restoranların bunu sizdən tələb etməsi QANUNSUZDUR!

Bu gün 8 martla əlaqədar olaraq bir çox restoranlarda depozit və servis haqqının kəskin artırılması müşahidə olunur. Belə ki, normal günlərdə 25-30 manat civarı olan depozitlər hazırda 100-120 manat civarında təklif olunur. Eyni zamanda restoranlara müraciət edən vətəndaşlara yer olmaması bəhanə gətirilərək yüksək qiymətlər deyilir.
Bu şəkildə süni qiymət artımına görə qanunvericilikdə cərimə və ya nəzarət tətbiq olunurmu?
Bu sualı hüquqşünas Şamil Paşayev açıqlamasında cavablandırıb.

“Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, restoranlarda heç bir formada menyuda yazılmadan xidmət haqqı almaq, servis haqqı istəmək absurddur. Əgər xidmət haqqı varsa, bu mütləq şəkildə menyuda qeyd olunmalıdır”.
Hüquqşünas bildirib ki, restoranlarda tələb olunan depozit haqqı isə ümumiyyətlə ağılabatan deyil.
“Depozit məsələsi qanunvericiliklə tənzimlənmir. Hər hansı bir stola, şəxsə nə yeyəcəyini, hansı miqdarda yeyəcəyini, neçə manatlıq yemək yeməli olduğunu və s. məlumatları insana bildirmək etik deyil. Bu həm etik qaydalara həm də qanuna zidd hərəkətdir. Təbii ki, belə süni qiymət artımlarına görə məsuliyyət tədbirləri nəzərdə tutula bilər. Eyni zamanda bu məsuliyyət tədbirləri ilə deyil, vətəndaş cəmiyyətinin qınağı ilə də həll oluna bilər. Çünki bu həm də mənəvi bir məsələdir. Vətəndaşlar getməməlidirlər o restoranlara, belə restoranların fəaliyyət göstərməsinə dəstək göstərməməlidirlər. Vətəndaş cəmiyyətinin restoranlara qarşı bu etirazı onların da insanlara qarşı belə davranmasının qarşısını alacaq”. (Referans.az)
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












