Whatsapp-da çatları kənar şəxslərdən necə qoruyaq?

Meta şirkəti Whatsapp üçün yeni təhlükəsizlik funksiyasını istifadəyə verməyə hazırlaşır.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət, Secret Code adlı funksiyadan gedir. Hal hazırda sözügedən funksiya messencerin Android üçün nəzərdə tutulmuş 2.23.24.20 nömrəli versiyasında test edilir. Secret Code adlı yeni təhlükəsizlik funksiyası istənilən çatı təhlükəsizlik kodu vasitəsilə bloklamağa imkan verəcək. Təhlükəsizlik kodu vasitəsilə bloklanmış çatlar ümumi çat siyahısında əks olunmayacaqlar. Onların ortaya çıxmaları üçün istifadəçi messencerin axtarış hissəsində təhlükəsizlik kodunu qeyd etməli olacaq. İstifadəçi bu cür çatın təhlükəsizlik kodunu unutmuş olsa, o, konfidensiallıq ayarları vasitəsilə həmin çatlar siyahısını təmizləyə biləcək.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












