Xankəndidə Stepan Şaumyanın heykəli sökülüb - FOTO

Xankəndidə bolşevik liderlərindən biri, 1918-ci il 31 Mart soyqırımı təşkilatçılarından olan erməni Stepan Şaumyanın heykəli sökülüb.
Bu barədə sosial şəbəkələrdə paylaşım edilib. Bu hadisə şəhərin adını Şaumyanla bağlayan ermənilərin isteriyasına səbəb olub.
Qeyd edək ki, XX əsr Azərbaycan tarixinin ən faciəvi səhifəsi Bakı Soveti və onun başçısı Stepan Şaumyanın adı ilə bağlıdır. Rusiya imperiyasının dağılması nəticəsində baş vermiş mühüm siyasi proseslərin hökmü ilə o, Azərbaycanın qədim şəhəri Bakıda və onun ətrafındakı rayonlarda bərqərar olmuş siyasi rejimin başında durub. Bolşevik hərəkatının bayrağı altında çıxış edən Şaumyan, əslində, Türkiyə və Azərbaycanın xeyli hissəsində erməni dövlətinin yaradılmasını özünün strateji məqsədi elan etmiş erməni millətçiliyinin maraqlarını ifadə edirdi. Bakını və ətraf rayonları zəbt edən Şaumyanın başçılıq etdiyi siyasi qüvvə öz məqsədinə yalnız azərbaycanlı əhalinin məhv edilməsi vasitəsilə nail ola bilərdi. Bununla da azərbaycanlılar öz torpağında dövlət terrorizmi siyasətinin qurbanlarına çevrildilər.
Şaumyanın və onun başçılıq etdiyi Bakı Sovetinin apardığı siyasətin nəticəsi onminlərlə azərbaycanlının soyqırımı oldu. Bu günahsız insanların həyatları “böyük Ermənistan” ideologiyasının gerçəkləşdirilməsi naminə qurban verildi
oxu.az
Diplomatların Qarabağa 22-ci səfəri region üçün hansı mesajlar verir? - AÇIQLAMA
Sabahdan ictimai nəqliyyatda hansı yeniliklər olacaq? – Qurumlardan AÇIQLAMA
Bakıda taksi qiymətləri 2 dəfə bahalaşdı - Səbəb tıxacdır?
Bakı metrosunda qatarlar tuneldə qaldı – Səbəb AÇIQLANDI - RƏSMİ - YENİLƏNİB
Məktəb yollarında sürücüləri yavaşlatmağın yeni üsulu – TƏKLİF
Paytaxtın hazırda sıxlıq olan küçələri: SİYAHI - FOTO
Skuter problemi: "Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək" - FOTO
İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir? - FOTO
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ












