Xaricdən gətirilən 4 min avtomobil gömrükdə gözləyir - VİDEO

Nazirlər Kabineti yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib. Qərara əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb.
Qərar 29 mart 2023-cü il tarixdən qüvvəyə minib. Lakin 29 mart 2023-cü il tarixi də daxil olmaqla həmin dövrədək vətəndaşlar tərəfindən xarici ölkələrdən sifariş verilib, ödəniş edilərək müqavilə bağlanan yaşı 10-dan çox olan avtomobillərin ölkəyə gətirilməsinə icazə verilir.
Sosial şəbəkədə yayılan görüntülərdə bildirilir ki, bu gün ölkəyə avtomobil gətirmək üçün son gün hesab olunur. Əks təqdirdə avtomobillər sərhəddə qalacaq və ölkə ərazisinə daxil ola bilməyəcək.
Hazırda Dövlət Gömrük Komitəsinin avtomobil parkında yer olmadığı üçün "Meyvəli" ticarət mərkəzinin parkinqində minlərlə maşın növbə gözləyir. Ehtimal olunur ki, hazırda ümumi dəyəri 16 milyon dollar olan 4 min avtomobil gömrükdə gözləyir. (baku.vs)
25 ildə tamaşaçının zövqü tamam korlandı - Elariz Məmmədoğlundan kanallara SƏRT TƏNQİD
“Metak”dan AÇIQLAMA – “Qəzada ölən şəxsin ailə ilə heç bir əlaqəsi yoxdur”
Aparıcının öldüyü qəzada digər sürücünü nə gözləyir? — Hüquqşünas açıqladı
“Qara Cümə” endirimlərinin pərdəarxası: Alıcılar necə aldadılır?
Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
Bakıda tunel və yol layihələri niyə gecikir?- Deputat AÇIQLADI
Şəhərlərarası avtobuslarda standart, komfort və premium xidmətlər – Nə dəyişəcək? - EKSPERT
“Hələ yazılacaq çox hekayəm var…” - Sonuncu dəfə bu paylaşımı edib
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev Livan Prezidenti Jozef Aunu təbrik edib
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO












