Xətaidə un məmulatlarının istehsalı müəssisəsi cərimələnib - FOTO

Bakının Xətai rayonundakı M.Hadi küçəsində fəaliyyət göstərən “Qutab peraşki” un məmulatlarının emalı və satışı müəssisəsində plandankənar yoxlama aparılıb.
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi ilə bağlı tələblərə əməl edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, dezinfeksiya işlərinin aparılmadığı, eyni zamanda, işçilərin ilkin və dövri tibbi müayinələrdən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












