Xırdalanda mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO

Abşeron rayonu, Xırdalan şəhərində satışa çıxarılan evlərin sayı kəskin artıb.
Elan saytlarında da müxtəlif qiymətlərə Abşeron rayonunun mərkəzi sayılan Xırdalan şəhərində mənzillərin kütləvi şəkildə satışa çıxarıldığını görmək mümkündür.
Şəhər sakinləri deyirlər ki, son illər Xırdalanda əhalinin sayının dəfələrlə artması müəyyən problemlərə yol açıb. Buna görə də sakinlər digər ərazilərə köçməyə can atır.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev son vaxtlar Xırdalanda satışa çıxarılan evlərin artmasını bir neçə amillə əlaqələndirib. Ekspert qeyd edib ki, əmlak bazarında əsasən fərdi yaşayış evlərinin satışı üstünlük təşkil edir. Buna təsir edən əsas səbəblərdən biri də vətəndaşların mənizllərə çıxarış əldə edə bilməməsidir.
Elnur Fərzəliyev əlavə edib ki, fərdi yaşayış evlərinin daha çox satışa çıxarılması həm də mövsümlə əlaqədardır. Onun sözlərinə görə, Xırdalanda evlərin kütləvi satışa çıxarılması qiymətlərin bir qədər ucuzlaşmasına səbəb ola bilər.
Daha ətraflı videomaterialda.
İlham Əliyev Şavkat Mirziyoyev ilə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












