Xocəsən stansiyasının qarşısındakı təhlükə - FOTO - VİDEO

Xocəsən yolundakı vəziyyət, daha doğrusu bu yoldakı təhlükələr barədə çox yazılıb, çox deyilib.
Yoldakı təhlükəli ərazilərdən biri də metronun Xocəsən stansiyası qarşısıdır. Xüsusən də axşam saatlarında. Paytaxt və Xırdalan istiqamətinə hərəkətdə heç bir təhlükə yoxdur. Gəl ki, üzü Lökbatana hərəkət etmək qəhrəmanlıq istəyir. Qatar gələn vaxt sərnişinlərin böyük əksəriyyəti yolu qarşı tərəfə kütlə şəklində keçir, yolda izdiham yaranır. Piyadalar yolun birinci hissəsini keçdikdən sonra beton baryerlərin arasında gözləməli olurlar. Baryerlər arasında məsafənin azlığına görə piyadaların bir qismi elə yolun hərəkət hissəsində gözləməyə məcbur olur. Bu həm tıxaca, həm də piyadaların həyatının təhlükədə qalmasına səbəb olur.
Metro çıxışından 200 metr sağdakı üst keçiddən isə heç kim istifadə etmir. Buna görə piyadaları qınamaq da mümkün deyil. Əvvəla, keçid baxımsız və qaranlıqdır. Keçiddən istifadə etdikdən sonra dayanacağa gəlmək üçün də əlavə 200 metr qət etmək lazım gəlir. Hər 2 dayanacaq metro çıxışı ilə üzbəüz yerləşir.
Ədalət naminə deyək ki, Xocəsən stansiyasının istismara verilməsi bu ərazidə yaşayanların həyatını asanlaşdırıb. Bu tərəflərdən şəhərə gəlmək üçün ən səmərəli və etibarlı vasitə metrodur (qatarlar arasında interval bir qədər çox – 15 dəqiqə olsa da bunun da düzələcəyinə inanırıq). Lakin yolu keçən şəxsin həyatı hər zaman, xüsusən də qaranlıq vaxtı təhlükədədir. Ümid edirik bunun da çarəsi tapılacaq.
Vüqar
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI


















