Xocəsəndə yerüstü piyada keçidi ölüm saçır - VİDEO

Paytaxtın Xocəsən qəsəbəsində piyadaların gediş-gəlişini asanlaşdırmaq üçün inşa edilən yerüstü piyada keçidi təhlükə saçır.
Belə ki, vətəndaşlar keçiddən istifadə etsələr belə, yenidən avtomobillərin hərəkət etdiyi yolu keçmək məcburiyyətində qalırlar.
Vəziyyətdən narazı olan sakinlər bildiriblər ki, yerüstü piyada keçidinin inşası əlverişsiz olduğundan onlar çıxış yolunu əks tərəfə avtomobillərin hərəkət zolağı ilə keçməkdə görürlər.
“Keçməyə qorxuruq, hər an avtomobil vura bilər”, - sakinlər narazılıqlarını bildiriblər.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AYDA) bildirilib ki, sözügedən piyada keçidi yola çıxmır:
“Vətəndaşlar düzgün məlumat vermirlər. Əsas yolla piyada keçidi arasında ayrıca təhlükəsizlik hissəsi də qurulub”.
Ətraflı Baku TV-nin süjetində:
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO












