Yango sürücülərə təhlükəli səfər barədə xəbərdarlıq edəcək

Yango Azərbaycanda sifarişlər zamanı sürücülük davranışına nəzarət sistemini işə salıb. Bu, sürücüləri təhlükəli manevrlər və mümkün qəzalardan xəbərdar etməyə imkan verir. Sistem xidmətin özü tərəfindən hazırlanıb.
Sürücü tətbiqi akselerometrin göstəricilərinə nəzarət edir - bu məlumatlar proqramın quraşdırıldığı smartfon və ya planşetdən toplanır. Akselerometr obyektin sürətini ölçməyə kömək edən bir sensordur. Sistem bütün aqressiv manevrləri qeyd edir: qəfil start və durma, çoxlu zolaqların dəyişməsi, məsafənin saxlanılmaması.
Təhlükəli manevrlər müntəzəm olaraq qeydə alınırsa, bu, xidmət standartlarının pozulması hesab olunur. Belə sürücü sürücülük davranışı problemi ilə bağlı bildiriş alacaq. Sistematik pozuntulara görə alqoritm sürücünün xidmət sifarişlərinə çıxışını məhdudlaşdıra bilər.
Sistem aqressiv sürücülük davranışını gündəlik vəziyyətlərdən ayıra bilir. Məsələn, sürücü quraşdırılmış proqram olan cihazı əlinə götürərsə, bu yerdəyişmə sistem tərəfindən yol hərəkətinin pozulması kimi qiymətləndirilməyəcək.
Xatırladaq ki, bundan əvvəl xidmət sürət monitorinqini işə salmışdı. Sürücü sifarişi yerinə yetirdikdə, texnologiya GPS-dən istifadə etməklə sürücünün marşrutunu izləyir və sürətini müəyyən edir. Bu sürət marşrutların qurulması üçün istifadə olunan naviqatora əsasən bu ərazidə icazə verilən maksimal sürətlə müqayisə edilir. Sürücü sürət həddini keçərsə, sistem onu sürücü proqramı vasitəsilə xəbərdar edir. Bir neçə xəbərdarlıqdan sonra alqoritm sürücünün xidmət sifarişlərinə çıxışını müvəqqəti məhdudlaşdırır.
Yango beynəlxalq onlayn xidməti Bakıda 2022-ci ilin iyulunda istifadəyə verilib. Xidmətin əsas üstünlüyü istifadəçilərə rahat və eyni zamanda sərfəli səfərlər təqdim edən, sürücülərə isə dayanma vaxtlarını azaltmağa, sifarişlərin və qazancların sayını artırmağa kömək edən marşrutlaşdırma, naviqasiya və alqoritmlər texnologiyalarıdır.
Pulsuz Yango proqramı iOS və Android üçün əlçatandır. Yango Azərbaycan, ingilis və digər dilləri dəstəkləyir.
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI











