Yasamalda səkini parkinqə çevrməyə çalışdılar: dövlət qurumu qarşısını aldı - FOTO

Səkilər piyadaların rahat və təhlükəsiz hərəkətini təmin edir. Lakin Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində səkilərlə bağlı ciddi problemlər var.
Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan fotolar müzakirəyə səbəb olub.
Belə ki, küçənin “ATV” telekanalının binasından “Qədim Qəbələ” restoranına qədər hissəsində bir neçə obyekt səkiləri zəbt edib. Həmçinin küçənin “İnşaatçılar” metro stansiyası istiqamətində olan səki daraldılıb. İddiaya görə burada parkinq yaradılacaq.
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən bildirilib ki, qurumun əməkdaşlarının həyata keçirdikləri şəhərsalma nəzarəti monitorinqi nəticəsində Bakı şəhəri, Yasamal rayonu Şərifzadə küçəsi 255 ünvanında piyadalar üçün nəzərdə tutulmuş səkidə qeyri-qanuni parklanma yerlərinin yaradılması faktı aşkar edilib.
Baş İdarənin çevik reaksiyası nəticəsində aidiyyəti orqanlarla birlikdə pozuntunun aradan qaldırılması və şəhərsalma standartlarına uyğun səkinin bərpası istiqamətində tədbirlər həyata keçirilib. Hazırda Baş İdarənin nəzarəti altında səkinin piyadaların istifadəsinə qaytarılması istiqamətində işlər davam edir.
Məhəbbət Tərlanoğlu
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”












